Çiçəklərin mənaları nədir?
1. Ağ qızılgül – günahsızlıq
Ağ qızılgül məsumluğu, saflığı və təmizliyi təmsil edir. Əsasən evlilik təklifi edəcək kişilər ağ qızılgül seçirlər.
Qırmızı qızılgül sevgini ifadə edir. Sevgilərini etiraf etməyə çalışan kişilər adətən ilk növbədə qırmızı qızılgüldən istifadə edirlər. Eyni zamanda, 14 fevral — Sevgililər günündə az qala “gül qırğını” yaşanır. Bütün kişilər sevdiyi qadınlara qırmızı qızılgül hədiyyə edirlər.
Qızların qəlbini fəth etməyə çalışan kişilərin köməyinə qaçan güllər arasındadır. Zərifliyi və gözəlliyi ilə göz oxşayır.
Avropanın XVIII əsrə qədər sarı qızılgüldən xəbəri olmayıb. İstilik və sevgini təmsil edir.
Sirri və əsrarəngizliyi təmsil edir. Mümkünsüzü və əlçatmaz olanı ifadə edir.
Saflığı və təmizliyi ifadə edir.
Sevgini təmsil edən qırmızı qərənfillər, adətən seçkilər zamanı siyasi partiyaların zorla hamının əlinə verdikləri çiçəklərdir.
Çəhrayı qərənfil səmimiyyəti ifadə edir. Çəhrayı çiçəklər həmişə zərif və sevimli olur.
9. Sarı qərənfil — kədər
Sarı qərənfillər kədəri təmsil edir.
10. Ağ qərənfil — saflıq, təmizlik
Ağ rəng həmişə saflığı və təmizliyi təmsil edir. Bu səbəbdən ağ çiçəklər saflığın və təmizliyin simvoludur.
11. Qırmızı lalə — səni sevirəm
Qırmızı sevginin rəngidir. Qırmızı çiçəklər sevgini təmsil edirlər. Bu sevgi mütləq sevgiliyə olan sevgi deyil. Bu, ananıza, atanıza və uşağınıza olan sevgi ola bilər.
12. Çəhrayı lalə — anlayış
Anlayışı ifadə edən çiçəyin olması gözəldir. Ümid edək ki, hamı bir-birini başa düşsün və bu çiçək insanlara örnək olsun.
13. Sarı lalə — gərginlik
Bir çiçəyin gərginliyi ifadə etməsi çox qəribədir.
14. Ağ səhləb çiçəyi — məsumluq, lütf
Ağ səhləb dəbli çiçəklər arasındadır. Məsumiyyəti və zərifliyi təmsil edir. Qızların sevimli çiçəklərindən biridir.
15. Çəhrayı səhləb çiçəyi – sevimlilik
Səhləb çiçəyi hər rəngində öz zərifliyini qoruyub saxlayır. Çəhrayı səhləb zərifliyi ifadə edir.
Bənövşəyi səhləb çiçəyi nəcibliyi təmsil edir. Son illərdə gəlinlərin əlində ən çox görünən çiçəkdir.
17. Mavi səhləb çiçəyi — sevgilərin ən böyüyü
Mavi səhləb çiçəyi sevgilərin ən böyüyünü ifadə edir.
18. Çobanyastığı — təmiz ürək
Çobanyastığı baharı gətirən bir çiçəkdir. Görünüşü ilə xoş təsir bağışlayan füsunkar və sevimli çiçəklər sırasındadır.
19. Kaktus — səmimiyyət
Kaktus, sevdiyin bir şəxsə göndərildikdə “sevgimiz üçün bütün çətinliklərə dözməliyik” anlamını verir. Qadınların çox da sevmədiyi çiçək olsa da, mənası böyükdür.
20. Mələkotu – ilham mənbəyimsən
Sevdiyiniz insana mələkotu göndərmək, görünüşü və qoxusu pis olsa da, ilham, ümid və sevinc deməkdir. Sevdiyiniz insan mələkotu çiçəyinin mənasını bilirsə, çox təsirlənəcək. Çiçəyin mənasını kiçik bir qeydlə yaza bilərsiniz.