Şimali Koreyada oktyabrın əvvəlində Cənubi Koreyanın seriallarına baxan üç orta məktəb şagirdi edam edilib.
Tacxeber.com-ın məlumatına görə, Şimali Koreyada 2020-ci ilin dekabrında qüvvəyə minmiş yeni qanunda qeyd edildiyi kimi, Cənubi Koreya audiovizual məzmununun istehlakı cinayət sayılır. Azyaşlılar qanuna tabe olmadıqları üçün edam olunmasa da, məlum olub ki, cəza indi onları da əhatə edir.
Bu, Cənubi Koreya musiqi və seriallarına qulaq asmağın və baxmağın qadağan olunduğu ölkədə ilk ölüm hökmü deyil. Keçən il Şimali Koreyada “K-pop” kliplərinə baxan 7 nəfər edam edilmişdi./Manset.az