Azərbaycan ilə Rusiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Tacxeber.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Lavrov azərbaycanlı həmkarı ilə görüşünü müsbət qiymətləndirib.
O qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafına ən yüksək səviyyədə olan münasibətlər də təsir göstərir.