• 22 Noyabr 2024 22:57

Makron qaş düzəldən yerdə göz çıxardı – Dünyanı qəzəbləndirən AÇIQLAMA

 

Açıqlamaları ilə Ukraynanı qəzəbləndirən Makron geri addım atmalı olmuşdu, indi isə…
NATO Ukraynadakı münaqişənin həllində Rusiyanın təhlükəsizliyinin təminatlarına diqqət yetirməlidir.

Musavat.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Fransa lideri vurğulayıb ki, Ukraynada müharibə başa çatdıqdan sonra Avropanın yeni güvənlik arxitekturasına Rusiya üçün təhlükəsizlik zəmanətləri daxil edilməlidir.

Bu açıqlamadan sonra Makrona reaksiya gecikməyib.

Litvanın keçmiş müdafiə və xarici işlər naziri Linas Linkevicius Makrona belə cavab verib: “Rusiya qonşularına hücum etməsə, ilhaq və ya işğal etməsə, bütün təhlükəsizlik zəmanətlərinə sahib olacaq”

Linkevicius sözlərinə belə davam edib: “Terrorçu dövlətin qorxutma üsullarını davam etdirməsinə imkan verən yeni təhlükəsizlik arxitekturası yaratmaq istəyənlər bir daha düşünməlidirlər”.

Makronun açıqlamasına Ukraynadan gözlənilən cavab Ukrayna Prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyakdan gəlib.

Zelenskinin “sağ əli” kimi tanınan Podolyak deyib: “Əsl sivil dünyanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var”.

Qeyd edək ki, Fransa lideri bundan əvvəl Qərb liderlərini Putinlə masa ətrafında danışıqlar aparmağa çağırmışdı. Lakin gələn sərt reaksiyadan sonra geri addım atmalı olmuşdu.

O bildirmişdi ki, münaqişənin nizamlanması yalnız Ukrynanın diktə etdiyi şərtlər daxilində mümkün ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər