• 23 Noyabr 2024 06:28

“Ziyalılar heç vaxt qoyun sürüsü ilə birgə eyni quyudan su içməz…”

PSolovyov “murdar Sobçakı” güllələməyi təklif edib, Nevrozov təbliğatçıları barışdırmaq qərarına gəlib…

“Yoldaş Stalini təsəvvür edin. Birdən ona məruzə edilir ki, müharibə dövründə hərbi-sənaye kompleksinin rəhbərindən şantaj yolu ilə rüşvət alınır…”
“Nə güllələnmə? Onların hər ikisi Putin rejiminin eyni təbliğat maşınının vacib detallarıdır…”
Noyabrın sonunda Kremlin qatı təbliğatçısı, teleaparıcı Vladimir Solovyov Rusiyaya cəza almadan dönən Kseniya Sobçakı hədəfə alıb.
Təbliğatçının qəzəblə boşboğazlıq etməsini şərh edən rusiyalı müxalifətçi, publisist Aleksandr Nevzorov Solovyova öz həmkarı ilə dalaşmamağı tövsiyyə edib, çünki onların hər ikisi “Putin rejiminin eyni təbliğat maşının vacib detallarıdır”.
Tacxeber.com xəbər verir ki, bu barədə o, “Solovyov LİVE” verilişinin efirində bəyan edib.
Xəbər verildiyi kimi Sobçak “Rostex” şirkətinin rəhbəri Sergey Çemezovdan 11 milyon rubl rüşvət alınması işi üzrə şübhəli bilinib.
Sobçakın evində axtarış aparılıb, özü isə gizlənməyə macal tapıb. O, müxtəlif ölkələrə bir neçə aviareyslərə eyni zamanda bilet alaraq Rusiya hüquq mühafizə orqanlarını çaşdırıb.Lakin noyabrın 7 də jurnalist qadın Moskvaya qayıdıb.
Bir neçə həftədən sonra Vladimir Solovyov öz həmkarının sərgüzəştlərini şərh etmək qərarına gəlib.
“Yəni bu, o deməkdir ki, müharibə vaxtı Sobçak yaramazlarla birlikdə böyük bir dövlət korporasiyasının rəhbərindən 11 milyon rubl mənimsəyir və bu de-fakto diversiya kimi deyil, zarafat kimi qəbul edilir,- təbliğatçı qəzəblənib və qeyd edib ki, hərbi-sənaye kompleksi “böyük mühüm zavod və müəssisələrin birləşdiyi mühüm dövlət qurumudur”.
Solovyov hiddətlənərək bəyan edib ki, belə fəaliyyətinə görə Sobçak və onun əlaltılarını güllələmək lazımdır.
“Yoldaş Stalini təsəvvür edin. Ona birdən məruzə edilir ki, ağzında gümüşü qaşıq doğulan vətəndaş qadın müharibə vaxtı şantaj yolu ilə hərbi-sənaye kompleksi ilə məşğul olan dövlət adamlarından rüşvət alır. Görəsən, belə bir varlıq azadlıqda neçə dəqiqə qala bilərdi? Mən anlayıram ki, bu sual ritorikdir”,- təbliğatçı deyib.
“Amma nahaq yerə o hay-küy salır, nə “güllələnmə”? Ksyuşa rejimin təbliğat maşınının Solovyovun özündən heç də az əhəmiyyət kəsb etməyən detalıdır”,- Aleksandr Nevzorov yazıb.
O, izah edib ki, Solovyov və Sobçak Rusiya cəmiyyətinin müxtəlif təbəqələri arasında təbliğatda və Rusiyanın beyinlərinin yuylmasında hərəsi öz sahəsində məsuliyyət daşıyır:
“Solovyov ümumxalq təknəsinin komandiridir, Ksyuşa isə bir növ ziyalı kimi davranır”.
 “Axı, ziyalılar heç vaxt qoyun sürüsü ilə birgə bir quyudan su içməz. Ziyalılar üçün xüsusi, ayrıca bir quyu olmalıdır, orada “heç də hər şey birmənalı deyil” və hətta bir qədər istehzalıdır. Quyunun özü isə xalqda olduğu kimi əzilmiş formada olmamalıdır.
Təbii ki, istər ziyalı, istərsə də xalqın yalı eynidir. Lakin qlamur, humanizmika və ağır ahlar kimi ədviyyatlarla fərqlənir… Onlar dalaşa bilməz, onlar dostcasına yaşamalıdır”,- Nevzorov tövsiyyə edib.

Tacxeber.com

Oxşar xəbərlər