• 23 Noyabr 2024 00:33

DÇ-2022-də 1/4 finalın növbəti cütlüyü müəyyənləşdi

 

 

Bu gün DÇ-2022-nin 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn Xorvatiya 1/4 finala yüksəlib.

Günün digər qarşılaşmasında isə Braziliya Cənubi Koreya ilə qarşılaşlb. Oyun cənubi amerikalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Xorvatiya və Braziliya 1/4 finalda üz-üzə gələcəklər.

DÇ-2022

1/8 final mərhələsi

5 dekabr

23:00. Braziliya – Cənubi Koreya – 4:1

Qollar: Vinisius Junior, 7 (1:0), Neymar, 13-pen. (2:0), Rişarlison, 29 (3:0), Lukas Paketa, 36 (4:0), Seung-Ho Paik, 76 (4:1)

Baş hakim: Kleman Türpen (Fransa)

“974” stadionu

19:00. Yaponiya – Xorvatiya – 1:1 (Penaltilər seriyası – 1:3)

Qol: Maeda, 44 (1:0), Perişiç, 56 (1:1)

Baş hakim: İsmail Elfat (Braziliya)

Penaltilər seriyası

Yaponiya: – – + –

Xorvatiya + + – +

“Əl Cənub” stadionu

1/4 final cütlükləri

9 dekabr

19:00.Xorvatiya – Braziliya

23:00. Niderland – Argentina

10 dekabr

23:00. İngiltərə – Fransa

Tacxeber.com

Oxşar xəbərlər