Aktyor Fərda Xudaverdiyev təşkilatçı problemindən gileylənib.
Tacxeber.com Olay-a istinadla xəbər verir ki, bu haqda o, “Xəzər axşamı” verilişinə qonaq olarkən söz açıb.
Fərda onu Cem Yılmazla müqayisə edənlər barədə də danışıb:
“Mən yumorda öz işimə əminəm. Və heç kimdən özümü zəif hesab etmirəm, hətta güclü sayıram. Sadəcə bizdə təşkilatçı problemi var… Hələ utanmaz-utanmaz məni Cem Yılmazla müqayisə edirlər. Cem sadəcə səhnənin arxasına keçir və işinə başlayır. Onu kulisində də gördüm, insan nə qədər rahat olarmış. Mənə o rahatlığı ver, gör mən nə zarafatlar edirəm”.