• 23 Noyabr 2024 02:20

Nikahdankənar cinsi əlaqə qadağan olundu

Nikahdankənar cinsi əlaqə qadağan olundu

 

İndoneziya parlamenti ölkədə nikahdankənar cinsi əlaqəni qadağan edən yeni cinayət məcəlləsini təsdiqləyib.

Tacxeber.com xəbər verir ki,  3 ildən sonra qüvvəyə minən yeni qanunlara əsasən, nikahdan kənar cinsi əlaqəyə görə bir ilədək həbs cəzası verəcək.

Dəyişikliklər əksəriyyəti müsəlman olan ölkədə dini mühafizəkarlığın yüksəlməsindən sonra baş verir.

Əsasən gənclərdən ibarət bir neçə qrup bu həftə Cakartada parlament qarşısında qanunvericiliyə etiraz edib.

Qanunlara görə, cinsi əlaqədə olan subay cütlüklər bir ilə qədər həbs oluna bilər.

Onlara birlikdə yaşamaq da qadağandır – bu hərəkətə görə insanlar altı aya qədər həbs oluna bilər.

Həmçinin, zina da insanların həbs oluna biləcəyi bir cinayət olacaq.

Tacxeber.com

Oxşar xəbərlər