Sankt-Peterburqda barlardan birinin yaxınlığında rusiyalı müğənni Qriqori Lepslə azərbaycanlı olduğu iddia edilən şəxs arasında dava düşüb.
Tacxeber.com xəbər verir ki, bu barədə REN TV mənbəyə istinadən məlumat yayıb.
“Hadisə dekabrın 3-nə keçən gecə Moskva prospektindəki barda baş verib. Leps bara daxil olaraq oradan spirtli içki alıb. Onun 39 yaşlı Səid adlı yerli sakinlə mübahisəsi yaranıb. Mübahisə zamanı ziyarətçi ilə sənətçi barı tərk edərək əlbəyaxa dava ediblər. Leps qarşı tərəfə zərbə endirərək onun burnunu sındırıb”, – məlumatda deyilir.
İddia edilir ki, mübahisəyə səbəb Səid adlı şəxsin pul qarşılığında Lepsə onunla nərd oynaması təklifi olub. Bu təklifdən sonra onlar ciddi mübahisə ediblər.