Türkiyə parlamentində dava, deputat xəstəxanalıq oldu – Video
Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı millət vəkilləri arasında dava düşüb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, müzakirələr zamanı ilk olaraq deputatlar – CHP partiyasından Özgür Özellə ölkənin hakim Ədalət və İnkişaf partiyasından (AKP) Bülent Turan arasında mübahisə yaranıb.
Bunun ardınca isə digər deputatlar – İYİ partiyasından Ümit Beyazla Bülent Turan arasında mübahisə düşüb. Hər iki partiyadan digər deputatların da mübahisəyə qatılmasından sonra parlamentdə gərginlik daha da artıb. Belə ki, millət vəkilləri bir-birilərinə yumruqla zərbələr endirib. Hadisə nəticəsində deputatların bəziləri yerə yıxılıb.
AKP-li deputat Zafer Işıkla İYİ partiyasından deputat Hüseyin Örs arasında yaşanan yumruqlaşmadan sonra Hüseyin Örsün halı pisləşib. Deputat xəstəxanaya çatdırılıb və tədbir məqsədilə reanimasiyaya yerləşdirilib. Onda ürək ritminin pozulması qeydə alınıb.