Rusiyanın Ukraynaya hücuma keçdiyi gün Zelenski Putinə zəng edib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazır.
Nəşr bu ilin 24 fevral tarixində Rusiyanın Ukraynaya hücuma başladığı dövrdə baş verənlərdən, xüsusilə ictimaiyyətə bəlli olmayan detallardan yazıb.
Nəşr qeyd edir ki, heç kim bunun baş verəcəyinə tam inanmayıb: “Ukraynaya da hücumun konkret necə olacağına, hansı istiqamətdə baş verəcəyinə dair kəşfiyyat məlumatları daxil olmayıb”.
Nəşr yazır ki, 24 fevral işğal ərəfəsində Zelenski Putinə dəfələrlə zəng vurmağa cəhd edib.
“Ukrayna lideri Rusiya prezidentinə hücumun böyük səhv və böyük faciə olacağını demək istəyirmiş, lakin Putin onun zənglərinə cavab verməyib”, – məqalədə qeyd olunur.