Xəstəxanada müalicə alan Xose Ribeyro adlı şəxsin yaxınlarına onun vəfat etdiyi xəbəri verilib.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, Braziliyada dəfn mərasimi zamanı tabutadan gələn səslər insanları şok edib.
Belə ki, 62 yaşlı şəxs cəsəd torbasında qoyularaq 5 saat morqda saxlanılıb. Həmin şəxs tabuta qoyulan vaxt gözləri hərəkət edib və nəfəs alıb. Beləliklə onun sağ olduğu məlum olub.
Bundan 2 gün sonra hipotermiyadan öldüyü elan edilən şəxsin ailəsi şoka düşüb.
Ribeyronun ölüm şəhadətnaməsini imzalayan həkim işdən çıxarılıb və hazırda qətldə şübhəli bilinərək istintaq cəlb olunub.