İranda azərbaycanlı ailəyə edam və ağır həbs cəzası verilib.
Tacxeber.com BBC farsi-yə istinadən xəbər verir ki, Kərəcdə yaşayan və noyabrın 4-də həbs edilən azərbaycanlı ziyalı və rentgenoloq, 53 yaşlı Həmid Qarahəsənli etiraz aksiyalarında SEPAH-a bağlı yarımhərbi və radikal Bəsic qüvvələrinin üzvünün öldürülməsi işinə görə edama məhkum edilib.
Məhkəmə həmçinin Həmid Qarahəsənli ilə bərabər daha 4 nəfərin də edamına qərar verdiyini açıqlayıb.
Onun xanımı kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.
Qeyd edək ki, azərbaycanlı cütlük sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət qüvvələri tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqlarına görə evlərində tutulub. Sonradan onlara qarşı ağır ittihamlar irəli sürülüb.