ABŞ Suriyada PKK/YPG terror təşkilatına silah dəstəyi ilə yanaşı, hərbi və aviasiya təlimi də verir.
xəbər verir ki, bu barədə “Yeni Şafak” Türkiyənin kəşfiyyat mənbələrinə istinadən yazır.
Türkiyə Suriyadakı terror hədəflərinə qarşı quru əməliyyatı hazırlığını davam etdirərkən, ABŞ-dan düşmən addımlar gəlməkdə davam edir.
“Yeni Şəfəq”in xəbərinə görə, Türkiyə sərhədinin 25 kilometrliyindəki Derikdə PKK/YPG ilə hərbi manevrlər həyata keçirən ABŞ-ın ötən ay terror təşkilatına aviasiya təlimi verdiyi üzə çıxıb. Kəşfiyyat mənbələri ABŞ pilotlarının Deyr əz-Zorda PKK/YPG-yə 2 helikopter ayırdığına dair məlumatlara da çatıb. ABŞ-ın bu təlimlərlə PKK/YPG terrorçularından ibarət 80 nəfərlik “aviasiya birliyi” yaratmaq istədiyi də kəşfiyyat tərəfindən müəyyən edilib.
ABŞ pilotlarının xüsusi seçilmiş 10 terrorçuya helikopter əməliyyatı təlimi verdiyi bildirilib.
Türkiyə Silahlı Qüvvələrinin baza ərazilərinə təşkil etdiyi hücumlarda PKK terror təşkilatının istifadə etdiyi xüsusi pilotsuz təyyarələrin mənbəyi də məlum olub. Təşkilatın son dövrlərdə sayını artırdığı pilotsuz təyyarələrin ABŞ-dan satın alındığı üzə çıxıb. ABŞ hərbçilərinin PKK/YPG terrorçularına girokopterlərdən istifadə mövzusunda təlim keçdiyi də aşkar edilib.
PKK xüsusilə sızmalarda istifadə etdiyi paramotorları xaricdən tədarük etməklə yanaşı, özü də istehsal etməyə başlayıb. Kəşfiyyat məlumatlarında təşkilatın bununla bağlı ABŞ və koalisiya güclərindən texniki və logistik dəstək aldığı bildirilib.
Suriyanın şimal-şərqində daha bir ilkə imza atan ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri döyüş təyyarələrindən paraşütlə tullanma təlimləri keçirib. Deyr əz-Zorda keçirilən təlimlərə PKK/YPG terrorçularının da cəlb olunduğu iddia edilib.
Digər tərəfdən ABŞ terror təşkilatı ilə patrul xidmətini də bərpa edib. Deyr əz-Zorda beynəlxalq koalisiya və PKK birlikdə iki patrul həyata keçirib. (Teleqraf)