Rusiyanın Ukraynaya qarşı müharibəsi danışıqlar masası arxasında bitəcək.
Tacxeber.com xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel “Zeit” qəzetinə müsahibəsində deyib.
Bununla belə, keçmiş kansler qeyd edib ki, o, müharibənin nə ilə nəticələnəcəyini dəqiq proqnozlaşdıra bilmir.
“Bir gün danışıqlarla bitəcək. Müharibələr danışıqlar masası arxasında bitir”, – deyə o bildirib.
Bununla yanaşı, Merkel məsələnin həllində iştirakını istisna edir.
Xatırladırıq ki, Almaniya kansleri postunu tərk etməzdən bir müddət əvvəl Angela Merkel Vladimir Putinlə Ukrayna ilə bağlı danışıqları təşkil etməyə çalışsa da, Rusiya prezidentinə kifayət qədər təsir rıçaqları olmadığından buna nail ola bilməyib.