• 22 Noyabr 2024 17:54

“Rusiya hava limanlarına hücum edən PUA-lar Ukraynadan buraxılıb” – “The New York Times”

 

“Zərbələr endirilərkən hava limanlarının yaxınlığında olan Ukrayna xüsusi təyinatlısı PUA-nı hədəfə yönəltməyə kömək edib…”

“Hava limanına zərbələr üçün sovet istehsalı olan reaktiv pilotsuz uçuş aparatları istifadə edilib…”

“ABŞ Ukraynaya öz imkanlarını inkişaf etdirməyə mane olmayacaq…”

Rusiyanın Saratov vilayətində “Engels” və Ryazan vilayətində “Dyagilyovo” hava limanlarına dekabrın 5-də səhər hücum edən pilotsuz uçuş aparatları Ukrayna ərazisindən buraxılıb.

Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Ukrayna hökumətinin yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, zərbələrdən ən azı biri endirilərkən hava limanlarının yaxınlığında olan Ukraynanın xüsusi təyinatlısı PUA-nı hədəfə yönəltməyə kömək edib.

Qəzet qeyd edir ki, “Engels” və “Dyagilyovo” Ukraynadan müvafiq olaraq 500 və 750 km aralıda yerləşir.

Rusiya müdafiə nazirliyinin məlumatına əsasən, zərbələr üçün “sovet istehsalı olan reaktiv pilotsuz uçuş aparatları” istifadə edilib.

Jurnalistlər bu nəticəyə gəlib ki, 600 km-dən çox məsafəni qət edə bilən yeganə sovet dronu Tu-141 “Strij”dir.

“Bu zərbələr Kiyevin Rusiyanın dərinliyindəki bazalara hücum etməyə hazır olduğunu sübut edir. Müharibənin doqquz ayı ərzində ilk dəfə Ukraynanın belə böyük məsafələrə zərbələr endirmək qabiliyyətini nümayiş etdirir”, – nəşr yazır.

Bu arada isə ABŞ müdafiə naziri Lloyd Ostin Vaşinqtonda Dövlət Departamentində mətbuat konfransında çıxış edərkən bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya uçuş məsafəsi Rusiyanın ərazisini atəşə tutmağa imkan verən öz silahını istehsal etməyə mane olmayacaq.

“Biz Ukraynaya öz imkanlarını inkişaf etdirməyə mane olmaq niyyətində deyilik”, – Pentaqon rəhbəri vəziyyəti şərh edib.

Öz növbəsində Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland qeyd edib ki, “Ukrayna xalqı inanılmaz dərəcədə bacarıqlıdır”.

“Onlar özlərinin hava və dəniz bazalı pilotsuz uçuş aparatlarını istehsal edir və çox da effektlidir. Onlar öz istehsalı üzərində səylə çalışır”, – Nuland deyib.

Xatırladaq ki, oktyabrın ortalarında “Ukroboronprom” müdafiə-sənaye konserni USQ-nin silahlanmasında 1000 km-dək məsafədə olan hədəfləri məhv edən pilotsuz uçuş aparatlarının meydana çıxacağını anons edib.

Tacxeber.com

Oxşar xəbərlər