• 26 Noyabr 2024 08:57

Uşağınızın şəxsiyyət kimi formalaşmasını istəyirsiniz?

Valideynlər  hər işdə uşağın yerinə qərar verməsi, onu yönləndirməsi, məsuliyyət verməməsi və istəmədiyi şeylərə məcbur etməsi uşağın şəxsiyyət kimi formalaşmasının qarşısını alır, onda valideyndən daima uzaq qalmaq istəyi formalaşdırır”.

Tacxeber.com xəbər verir ki, bunu psixoloq Fuad Əsədov bildirib. Onun fikrincə, doğru olan isə budur ki, uşaq böyüdükcə onun azadlığının ölçüsü də get-gedə artmalıdır. Aşağıdakı hallar olduğu təqdirdə uşaq böyüyəndə də özünü yetkin kimi hiss etmir və başda valideynlər olmaqla hər kəsdən uzaq durmağa çalışır.

Uşağınızın şəxsiyyət kimi formalaşmasını istəyirsiniz?
Əziz valideynlər, əgər uşağınızın şəxsiyyət kimi formalaşmasını və sizinlə sağlam münasibətinin olmasını istəyirsinizsə, bunları etməyin.

1. Valideynlər həddindən çox qorumaçıdır və uşağa yaşından daha kiçik kimi davranırlar.
2. Valideynlər uşağın yerinə qərar verir.
3. Valideynlər uşağın həyatındakı bütün problemləri özləri həll etməyə çalışır və hər şeylə maraqlanırlar.
4. 13 yaşa qədər uşağı məktəbə valideynlər aparır.
5. Uşaqları çox nadir hallarda özlərindən uzaq saxlayırlar və beləcə, uşağın fərdiyyətçilik hissini zədələyirlər.
6. Valideynlər uşaqları çox tənqid edirlər.
7. Valideynlər uşaqlara çox məsləhət verir.


8. Valideynlər uşağın şəxsi zonasına hörmət etmir.

9. Valideyn uşağa daima təhlükələr barədə xəbərdarlıq edir.
Ailə mühiti uşaq şəxsiyyətinin inkişafında lokomotiv rolunu oynayır və onun emosional davranışında əks olunur. Psixoloqlar uşağın emosiya və hisslərinin inkişafında ananın rolunun əhəmiyyətli olduğunu xüsusi vurğulayırlar. Bundan başqa ailədə ata-ana münasibətləri, ata-uşaq, ana-uşaq arasındakı münasibətlər ailə mühitini formalaşdırmaqla, həm də uşağın normal inkişafını şərtləndirir. Ailənin düzgün, tərbiyəvi mühiti ilk növbədə ata və ana arasındakı paralel münasibətlərdən asılıdır. Valideynlər öz şəxsi nümunələrindən çıxış edərək, ailədə bir model yaratmalıdır. K.Marks kişi və qadın münasibətlərini təhlil edərək belə bir fikrə gəlmişdir ki, “Kişinin qadınla münasibəti cəmiyyətin ümumi mədəniyyətinin göstəricisidir”. A.S.Makarenko isə qeyd edirdi ki, ata hətta qəzeti necə oxuması ilə uşaqları tərbiyə edir.
Ailə mühitində uşaq şəxsiyyəti insan, dünya, cisim və hadisələr, böyüklərə hörmət, onlarla davranış qaydalarını, başqa adamları başa düşmək kimi keyfiyyətlərə yiyələnir.
Valideynlər həmçinin uşağa müstəqillik verməli, onu müstəmləkəçi bir mühitdə böyütməməli, uşağın sərbəstliyinə şərait yaratmalıdır.
Uşaqların paltar, oyuncaq, rəng seçiminə müdaxilə etməməli, onlara seçim sərbəstliyi verməlidirlər. Böyük, məktəb yaşlı uşaqlar ailə problemlərinin müzakirəsinə cəlb olunmalı, onların fikirləri valideynlər tərəfindən dinlənilməlidir. Bu yolla ata-ana uşaqda möhkəm idarənin, məsuliyyət hissinin, xarakterin formalaşması üçün şərait yaratmış olur. Psixoloji tədiqatların nəticələrindən məlum olur ki, valideynlərin heç də hamısı eyni dərəcədə biliyə, savada, dünya görüşünə malik olmadığından sadalanan vasitələrdən heç də eyni dərəcədə istifadə etmirlər.
Lakin valideynlər və uşaqlar arasındakı münasibətlər nə qədər səmimi, mehriban olarsa, uşaq şəxsiyyətinin formalaşmasına bir o qədər müsbət təsir göstərir. Hər bir valideyn uşağına savad verməyə bilər. Ancaq cəmiyyət üçün yararlı, faydalı və əsl insani keyfiyyətlərə malik insan yetişdirmək hər bir valideynin borcudur.
Ailə mühiti şəxsiyyətin inkişafı üçün ən əlverişli mühitdir. Bu mühitin əlverişli olması ailədə ata-ana arasındakı isti atmosferdən asılıdır.
Uşaqları da kiçik məktəbli yaşlarından oxumağa meyilləndirmək və oxunu vərdişə çevirmək, uşaq şəxsiyyətinin inkişafına müsbət təsir göstərən faktorlardandır. Yuxudan qabaq maraqlı nağıl kitablarını mütaliə etmək uşaqların dünyagörüşünün, intellektinin, lüğət ehtiyatının artmasına, dostluq, mehribanlıq, ədalətlilik, məsuliyyətlilik və s. keyfiyyətlərinin formalaşmasına təkan verir və yaxud uşağın marağını cəlb edən digər kitablar oxuma onun dünya, ətraf aləm haqqında fikirlərini formalaşdırır.
Şəxsiyyətin ilk cücərtiləri ailə mühitində baş verir. Ailə mühiti uşaq şəxsiyyətinin inkişafında bir növ güzgü effekti rolunu oynayır. Uşağın ailədə əldə etdiyi keyfiyyətlər, bu keyfiyyətlərlə cəmiyyətə daxil olan şəxsiyyət cəmiyyətdəki davranışı, rəftarı, hərəkətləri ilə ailəsinin tərbiyə mühitini nümayiş etdirir. Ailədə götürdüklərini güzgü kimi cəmiyyətdə əks etdirir.
Ata-babalarımız da “Uşaq ailənin güzgüsüdür” məsəlini əbəs yerə deməmişlər.
Valideynlərin övladlarını ilk gündən sevgi, diqqət və qayğı ilə böyütməsi məhz sağlam düşüncəli insanın böyüməsinə ilkin təkandır. Bu dövrdə körpə həm başqalarına, həm də özünə qarşı  inam və inamsızlığı öyrənir. Bu onun tələbatlarının, əsas ehtiyaclarının qarşılanıb-qarşılanmaması ilə əlaqədar olur. Bu dövrdə körpənin qidalanması, fiziki təması, təhlükəsizliyi normal səviyyədə qarşılanarsa, o dünyanı  etibarlı qəbul edəcək, əks halda isə etibarsız. Bu hiss zaman keçdikcə ətraf aləmə yönələcək. Onun dünyaya olan ilkin münasibətini məhz siz valideynlər formalaşdırırsınız.

Qeyd: Bu məlumat Körpələr (0 — 1) yaş üçün nəzərdə tutulub.

Oxşar xəbərlər