Dekabrın 7-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatına görə axtarışda olduğuna görə ümumilikdə 154, o cümlədən borclu şəxs qismində axtarılan 126 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı beş fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.