“Azərbaycanın davamlı xəbərdarlıqlarına baxmayaraq, İran rejimi Qarabağ seeparatrçılarını silahlandırmağa, Azərbaycan ərazilərinə diversiya qrupu göndərməyə davam edir. Bu, bir daha İranın Azərbaycana düşmən münasibətini göstərir”.
Tacxeber.com xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, diversiya qrupu, separatçı ermənilərə azərbaycanlılara qarşı təxribat törətmək, İran silahlarından istifadə etməyi öyrətmək üçün göndərilib:
“Bu gün, hələ ki, Ermənistan Azərbaycanla müharibə edir və İrandan bu dəstəyi Azərbaycana qarşı təxribatlar törətmək üçün alır. Əgər elə deyilsə, İranın rəsmi qurumları, ən azından Azərbaycandakı səfirliyi bu məsələyə münasibət bildirməlidir. Azərbaycan tərəfi konkret faktlar təqdim edir”.
C.Məmmədov əlavə edib ki, İran rejimi Azərbaycan tərəfini günahlandırmaqla vəziyyətdən çıxa bilməz:
“Azərbaycanın təqdim etdiyi faktlara rəsmi, əsaslandırılmış cavab verməlidir. Odur ki, kimsə İranın bizim din qardaşı olduğumuzu, bizi sevdiyini, İrana qarşı qərəzin olduğunu sübut etməyə çalışmasın. Bütün həqiqətlər göz qarşısındadır. İran heç zaman Azərbaycana dost olmayıb və görünən odur ki, olmayacaq”.