• 22 Noyabr 2024 18:51

Səfirimiz Fransa kanalını tənqid etdi

Səfirimiz Fransa kanalını tənqid etdi

 

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France-24” telekanalının Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin “rəhbəri” Araik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirib.

Tacxeber.com-ın xəbərinə görə, diplomat “tviter”də yazıb ki, dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France-24” tərəfindən yayımı separatizmin təbliğinə təkan verir.

“Bu, eyni zamanda Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur”, – L.Abdullayeva vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər