• 22 Noyabr 2024 23:26

Saakaşvilinin anası: “Oğlum ölüm yatağındadır”

Saakaşvilinin anası: “Oğlum ölüm yatağındadır”

 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya həbsdə səhhəti ağırlaşan oğlu üçün dünya ictimaiyyətinə müraciət edib.

Tacxeber.com xəbər verir ki, anası Saakaşvilinin ölüm yatağında olduğunu deyib.

“Mən Gürcüstan cəmiyyətinə müraciət edirəm. Oğlum, Gürcüstanın üçüncü prezidenti və Ukrayna Milli İslahat Şurasının sədri ölüm ayağındadır. Həkimləri ümidsizliyə qapılıblar.

Hamıdan, hakimiyyət orqanlarından, Gürcüstan və beynəlxalq ictimaiyyətdən oğlumu xilas etməyi xahiş edirəm. Bütün biganə olmayan şəxslərdən xahiş edirəm ki, məhkəməyə gəlsinlər və heç bir siyasət olmadan dinc şəkildə insan həyatının xilası üçün öz mövqelərini bildirsinlər.

Ömrümdə heç vaxt belə bir çağırış etməmişəm, amma indi mənim üçün çox çətin an gəlib və hər kəsin həmrəyliyinə ümid edirəm”, – Alasaniya bildirib.

Tacxeber.com

Oxşar xəbərlər