“Telegram” mesencerində ən bahalı istifadəçi adları siyahısına @news başçılıq edir.
Məlumata görə, bu ad “Fragment” platformasında 1,8 milyon dollara satılıb. İkinci və üçüncü yerləri @auto və @bank istifadəçi adları tutub. Onların hər biri üçün alıcılar bir milyon dollardan çox pul veriblər.
Həmçinin ən bahalı yuzerneymlərin başında @avia, @chat, @king, @fifa, @game, @sber və @meta da yer alıb. Bu adları alan istifadəçilərin kimliyi açıqlanmır. (Oxu)