Ermənistanda İranın kapitalı ilə 2023-cü ildə iki müəssisə açılacaq. Bunlardan biri İrəvanda ticarət mərkəzi, digəri isə Armavirdə zavod olacaq.
Tacxeber.com xəbər verir ki, bu sözləri Ermənistanın İrandakı iqtisadi attaşesi Vardan Kostanyan deyib.
Onun sözlərinə görə, yanvarın sonu – fevralın əvvəlində Ermənistanda ilk İran ticarət mərkəzi İrəvanda ümumi sahəsi 20 min kvadratmetr olan ərazidə açılacaq, ticarət mərkəzində 100-dən çox İran şirkəti təmsil olunacaq.
Kostanyan qeyd edib ki, Tehran yeni ticarət mərkəzinin tikintisinə təxminən 5 milyon dollar sərmayə qoyub və burada erməni və iranlı iş adamlarının da görüşləri təşkil ediləcək:
“Biz hazırda Tehranda oxşar ticarət mərkəzinin açılması üçün İranla danışıqlar aparırıq”.
Bundan əlavə, Kostanyan bildirib ki, növbəti ildə İran şirkətlərindən biri Armavir bölgəsində törəmə müəssisə açacaq ki, burada da müxtəlif tikinti materialları istehsal olunacaq.