Makaron və şirniyyat bədən quruluşumu formada saxlamağa kömək edir – Monika Beluççi
58 yaşlı aktrisa və model Monika Belluççi “Madam Magasine” jurnalının yanvar-fevral buraxılışının üz qabığının qəhrəmanı olub.
Tacxeber.com bildirir ki, “Madam” jurnalının səhifələrində dəbdəbəli qadın obrazları ilə yanaşı, həm də uzun illər siması olduğu “Cartier” zərgərlik evinin zinət əşyaları ilə yer alıb.
Jurnalın üz qabığında aktrisa paletlərlə işlənmiş şəffaf koftada pozalar verir və alt paltarının olmadığını gizlətmir.
Çəkiliş prosesində o, həm də eleqant şalvar kostyumları, hündür dəri əlcəkli zərif qara paltarlar, kaşmir palto və parlaq qara plaş geyinib.
Məşhurun barmaqlarında və boynunda orijinal Cartier zinət əşyaları onsuz da dəbdəbəli şəkillərə parıltı əlavə edib.
Aktrisa fotosessiyadan əlavə jurnalistlərin 35 sualını cavablandırıb. Monika xüsusilə, yeməyi çox sevdiyini etiraf edib və çəkilişdən də əvvəl fürsətdən istifadə edib rəfiqəsi ilə quru meyvələrlə italyan pastası- panettonenin dadına baxdığını bildirib.
Monika özü tez-tez mətbəxdə vaxt keçirir. Onun sözlərinə görə, onun üçün ən dadlı şeylər ən sadə üsulla hazırlananlardır. Monika ən çox pomidor və reyhanlı makaronu gözəl hazırladığını və tərifləndiyini bildirib. O, şirniyyat və makaron sevdiyini, bu da qəribə bir şəkildə onun bədən quruluşunu qoruduğunu, formasını gözəlləşdirdiyini deyib.
Monikanın insanda nəyi ən gözəl hesab etdiyini soruşduqda, o “nəcib ruhdur” – cavabını verib. Belluççi uğurunu yeni şeylər kəşf etmək istəyinə borcludur və kiçik qara paltarları qarderobunda ən yaxşı şey adlandırıb.
Gözəllik ilahəsi həmçinin etiraf edib ki, Vinsent Kassellə evlilikdən dünyaya gətirdiyi qızları Belucci və Leoni ona mütləq sevgini öyrədir. Buna görə də yorucu bir gündən sonra onun üçün bir şey xüsusilə vacibdir: qızları ilə ünsiyyət. Evə gələndə ilk işi onları öpmək olur.
Xatırladaq ki, böyük qızı Belucci anasının yolunu davam etdirmək qərarına gəlib və tezliklə ilk filmində rol alacaq.