• 20 Sentyabr 2024 03:53

Paşinyan Putinə bu cür hörmətsizlik etdi – Video

Paşinyan Putinə bu cür hörmətsizlik etdi - Video

 

Xəbər verdiyimiz kimi, Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.

Tacxeber.com-ın Ermənistan mediasına istinadən məlumatına görə, Paşinyan sözügedən görüşə gecikərək Putini bir müddət gözlədib.

Bununla bağlı görüntülər isə erməni teleqram kanallarında paylaşılıb. Görüntülərdən Putinin yaranmış vəziyyətdən narahat olduğunu və narazı qaldığını görmək mümkündür.

Xatırladaq ki, müxtəlif vaxtlarda keçirilən görüşlərdə Putini türkiyəli və qırğız həmkarları Rəcəb Tayyib Ərdoğan və Sadır Japarov da gözlədib.

Oxşar xəbərlər