• 23 Noyabr 2024 09:34

Popkorn faydalıdırmı?

 

Əminik ki, bu suala bir çoxlarınız mənfi cavab verəcək. Bəli, doğrudur, sinemalarda yediyimiz popkorn tərkibindəki yağa görə olduqca kalorilidir. Bundan əlavə onun tərkibində qoxu gücləndirən maddələrdə var, ancaq bütün bu zərərli qatqılar olmasa, popkorn dənəcikləri əslində heç də zərərli deyillər, bunun tam əksinə olduqca faydalıdırlar.

Popkorndan zövq alarkən, həm də faydalanmaq istəyirsinizsə, onu evə şəraitində hazırlayın. Həm də bunu mikrodalğalı sobada deyil, qaz plitəsində edin.

İndi isə popkornun faydası haqqında:

1. Popkorn dənəciklərinin tərkibi polifenol adlı antioksidanlar ilə zəngindir. Bu antioksidan çayın, zeytun yağının, qırmızı şərabın və şokoladın da tərkbində də mövcuddur.

2. Dənəciklərin tərkibində liflər var. Onlar isə həzmi yaxşılaşdırır və çəkmi atmağa kömək edir.

3. Popkorn dənəcikləri taxıl məhsulu olduğu üçün vitamin və minerallarla zəngindir.

4. Yuxarıda saydığımız bütün faydalı maddələr birləşdikdə, şəkərli diabet xəstəliyinin, ürək-damar xəstəliklərinin və şişlərin qarşısı alınır.

5. Və son olaraq, popkorn dadlıdır. Dadlı qidalar isə insan ovqatına müsbət təsir göstərir.

Nuş olsun!

Tacxeber.com

Oxşar xəbərlər