Müğənni Rəqsanə İsmayılova canlı efirdə sərt çıxış edib.
Tacxeber.com xəbər verir ki, ARB kanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq olan Rəqsanə ismayılova müğənni Damla haqqında danışıb.
“Pandemiya dövründə Damlanın başına Moskvada “daş düşmüşdü”.Azərbaycana qayıda bilmirdi. Nə qədər adama ağız açdısa,kömək edən olmadı. Onu mən xilas elədim.Heç kim ona yaxın durmadı.Mən Rəqsanə ona yardım elədim.Sonra o Azərbaycana qayıda bildi.”, deyə Rəqsanə bildirib.
Müğənni daha sonra bildirib ki,ona yazılmış mahnı artıq ikinci dəfədir ki,Damla tərəfindən oxunub.
Bu səbəbdən də Rəqsanənin Damlaya acığı tutub.
“Artıq ikinci dəfədir ki, bu hadisə baş verib. Mənə yazılan mahnını Damla oxuyub. Mən olsaydım,o boyda hərmətin qarşısında bunu etməzdim.Damlanı bəlkədə 100 min manatlıq işdən qurtarmışam”,deyə Rəqsanə bildirib. (Oxu24.com)