• 20 Sentyabr 2024 04:36

Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankına 5 milyard dollar depozit qoyacaq

 

Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cedan çərşənbə günü bildirib ki, Səudiyyə Ərəbistanı bir neçə gün ərzində Türkiyə Cümhuriyyətinin Mərkəzi Bankına (TCMB) 5 milyard dollar depozit qoyacaq.

 Tacxexer.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Tezliklə bu əməliyyat baş tutacaq. Qərar iki ölkə arasında qəbul edilib. Türkiyə ilə əlaqələrimizdə böyük inkişaf var. Biz Türkiyə və digər ölkələrə investisiya imkanlarını qiymətləndiririk”, – nazir jurnalistlərə deyib.

Tacxeber.com

Oxşar xəbərlər