• 28 Sentyabr 2024 11:22

Universitetdə tiktokerlərin tələbələrlə görüşü tənqid olundu – VİDEO

Universitetdə tiktokerlərin tələbələrlə görüşü tənqid olundu - VİDEO

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tiktokerləri tələbələrlə görüşdürməsi tənqidlərə səbəb olub.

Tacxeber.com xəbər verir ki, Nikosayağı adı ilə məşhur olan Nicat Şakirli, Sabir Samiroğlu tələbələrlə görüşüb.

Sözügedən görüşdən sonra sosial şəbəkələrdə tənqidi statuslar paylaşılıb. Belə ki, istifadəçilər tələbələrlə tiktokerlərin görüşünün doğru olmadığını qeyd ediblər.

Məsələ ilə əlaqədar İqtisad Universitetindən bildirilib ki, görüş UNEC-in tələbə təşkilatları tərəfindən keçirilib və bu məsələdə onlara seçim üçün tam sərbəstlik verilib: “Biz baxırıq, kimi dəvət etdiklərinə nəzarət edirik, amma tələbələr özləri xoşladıqları tiktokerləri, bloqerləri dəvət edirlər. Bizim tələbələr çox tədbirlər keçirirlər, burada şəhid ailələri ilə görüşlər də var, rəsmi tədbirlər də var. Bu yaxınlarda öz təşəbbüsləri ilə şair Baba Vəziroğlunu da dəvət etmişdilər. Arada tələbələrə belə əyləncə də lazımdır. Bunu onların öz seçimlərinə buraxmışıq. Burada da qəbahət görmürük. Belə şəxslərin biletləri də satılır, konsertləri də təşkil olunur. Gənclər də ora kütləvi şəkildə gedirlər. Bu, tələbələrin özlərinin təşəbbüsüdür. Məcburi deyil, tələbələrin könüllü istəyini nəzərə alaraq tələbə təşkilatları sorğu əsasında belə görüş keçirirlər. Burada qınağa səbəb olacaq durum, qanun pozuntusu, qeyri-etik hərəkət yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər