• 22 Noyabr 2024 22:59

ABŞ “Bandotdel” əməkdaşı, polkovnik Kərim Əlimərdanova qarşı sanksiya tətbiq edib

 

Ötən gün (9 dekabr) Birləşmiş Ştatlar azərbaycanlı polis zabiti Kərim Əlimərdanova qarşı insan haqlarının pozulmasına görə sanksiyalar tətbiq edib.


Bu barədə TURAN-ın Vaşinqton müxbiri məlumat yayıb.
Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşı olan Əlimərdanov insan hüquqlarının pozulması və korrupsiya faktlarına görə müxtəlif ölkələrdən olan 40-dan çox şəxsin siyahısında yer alıb.
Bu addım Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə və Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsinə təsadüf edir.
“ABŞ Dövlət Departamenti Əlimərdanovu kobud insan hüquqları pozuntularında, yəni 2015 və 2016-cı illərdə məhbuslara işgəncə verməkdə iştirakına görə cinayət məsuliyyətinə cəlb edir”, – ABŞ Dövlət Departamentinin 9 dekabr 2022-ci il tarixli bəyanatında deyilir.
Qeyd edək ki, bu, Azərbaycan dövlət məmuruna qarşı beynəlxalq sanksiyaların ilk tətbiqi olunması hadisəsidir.
Sanksiyaların konkret nədən ibarət olduğu barədə məlumat verilmir. Lakin bu, adətən, ABŞ-a girişin qadağan edilməsi, əgər varsa, ABŞ-dakı hesablara və əmlaka həbs qoyulması deməkdir. Barəsində cinayət təqibi olan şəxslər ABŞ-ın tələbi ilə üçüncü ölkələrin ərazisində həbs oluna bilər.
Bütün bunlardan başqa, bu həm də Azərbaycan üçün imic itkisidir. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər