“Bacını fermaya gətir, yoxsa…” – Qəbələdəki dəhşətli cinayətin TƏFƏRRÜATI
Qəbələ rayonunda 2003-cü il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində münaqişə zamanı 1987-ci il təvəllüdlü həmkəndlisi Rəhimi (adlar şərti verilib – red.) qətlə yetirib.
Tacxəbər teleqraf.com-a istinadən xəbər verir ki, Rəhim Sərxanın bacısı Aydanla ailə həyatı qurmaq istəyib. Amma qızın valideynləri bu nikaha razılıq verilməyiblər.
Aydan başqa şəxslə nişanlanıb, 17 oktyabr 2021-ci il tarixə toy mərasimi təyin olunub.
Rəhim Aydanla nikahına ailə üzvlərinin razılıq verməsinə nail olmaq üçün Sərxanın lüt şəkillərini yaymaqla şantaj edib, toy məclisini pozmaqla hədələyib.
Evlilik istəyi və qisas
Buna görə də Sərxan qisas məqsədilə Rəhimi öldürmək qərarına gəlib. O, Rəhimə zəng edib, məsələni aydınlaşdırmaq üçün görüş barədə razılığa gəlib.
Sərxan işlədiyi “Lalə” şadlıq sarayından bıçaq götürərək çantasına qoyub. Oktyabrın 9-da saat 20 radələrində Qəbələ rayonu Tikanlı kəndi yaxınlığında. çay kənarında “Rama” adlanan ərazidə yerləşlən “Köhnə Ferma” anbar tikilisinin içərisində görüşüblər.
Sərxan cinsi orientasiyasının düzgün olmadığını bildiyi Rəhimin təklifilə onun passiv, özünün isə aktiv formada əlaqəyə girməyə razı olduğunu bildirib.
41 bıçaq zərbəsi və qətl
Bu zaman Sərxan Rəhimə tikilinin içərisində girişdən sol tərəfə çəkilməyi təklif edib. Divarın dibinə keçərkən yerdən götürdüyü daşla Rəhimin müqavimətini qırmaq üçün onun başının arxa nahiyəsinə 2 zərbə endirib.
Sonra əl çantasındankı bıçaqla ona çoxsaylı zərbələr vurub. 41 bıçaq xəsarəti alan Rəhim hadisə yerində ölüb.
Sərxanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Rəhimi 2019-cu ildən birlikdə futbol oynayarkən tanıyıb: “Rəhimlə münasibətlərimiz yalnız sms və vatsap vasitəsi ilə yazışmaqdan, bir neçə dəfə kafedə görüşərkən birlikdə içki içməkdən ibarət olub”.
“Lüt şəkillərimin olduğunu bildirdi”