• 26 Sentyabr 2024 01:22

Deputat: “Qərbi azərbaycanlılar ya öz yurduna qayıdacaq, ya da dünyanı o yurdlarda yaşayan ermənilərin başına dar edəcək”

 

“Təsəvvür edin, biz öz kəndimizə, öz yurdumuza nəinki yaşamağa, heç dədə-babamızın, ana-bacımızın məzarını da ziyarət etməyə gedə bilmirik. Hələ bəzi dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanda yaşayacaq ermənilərin hüquqlarından danışırlar. Heç kəs Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların hüquqlarından danışmaq istəmir. Bu məsələ birtərəfli şəkildə həll oluna bilməz. Azərbaycanda ermənilər yaşayacaqsa, Ermənistanda da azərbaycanlıların yaşaması şərtdir. Bunu ermənilər də, onların havadarları da qulaqlarında sırğa etsinlər. Biz Qərbi azərbaycanlılar ya öz yurdumuza qayıdacağıq, ya da dünyanı o yurdlarda yaşayan ermənilərin başına dar edəcəyik. Bunun alternativi yoxdur. Bu, bizim hüquqi və insani haqqımızdır…”

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi azərbaycanlıların öz yurdlarına gedə bilməmələri barədə danışarkən deyib.

Deputat Qərbi Azərbaycan İcmasının əsas hədəfindən söz açıb:

“Hədəf budur – biz öz yurdlarımıza qayıdacağıq! Ermənilər bunu istəsə də, istəməsə də. Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan ərazisinin erməniləşdirilməsi prosesi 200 il bundan əvvəl – çar Rusiyasının Cənubi Qafqazı işğalı və bu ərazilərə ermənilərin köçürülməsi ilə başlayıb. Təkcə keçən yüz ildə Qərbi Azərbaycandakı soydaşlarımız dörd dəfə deportasiya və soyqırımılarına məruz qalıblar. Nəhayət, 1988-ci ildə Qarabağ münaqişəsinin ilk mərhələsində Ermənistan dövləti tərəfindən Qərbi azərbaycanlıların sonuncu deportasiyası həyata keçirilib və əcdadları bu coğrafiyada minillər boyu yaşamış soydaşlarımız öz dədə-baba yurdlarından sonuncu nəfərinə qədər qovulub çıxarılıblar. Nəticədə, bu ərazilərə heç bir tarixi bağlılığı olmayan, müxtəlif ölkələrdən qovula-qovula gətirilən “erməni” dediyimiz bir ovuc toplum yiyələnib. Biz isə o yurdların əsl sahibləri ola-ola yurdumuzdan qaçqın-didərgin düşmüşük. Bu tarixi ədalətsizlikdir! Amma ədalətsizliyin də bir həddi var…”

Tacxeber.com

Oxşar xəbərlər