• 23 Noyabr 2024 06:29

“Hər şey başqa cür cərəyan edə bilər, Rusiya ilə tammiqyaslı müharibə realdır…” – Stoltenberq

 

“Əgər Rusiya prezidenti Putin Ukraynada qalib gələrsə, Qərb həddən artıq böyük bədəl ödəməli olacaq…”

“ABŞ və NATO nəticə etibarilə Rusiyanı zəiflətməyi və məhv etməyi planlaşdırır…”

NATO-nun baş katibi Yens Stoltenberq vəziyyəti adekvat və ciddi qiymətləndirməyə çağırış edib və xəbərdarlıq edib ki, Ukraynadakı münaqişə Rusiyanın NATO ilə tammiqyaslı müharibəsinə keçə bilər.

Bu barədə o, Norveçin “NRK” nəşrinə müsahibəsində bəyan edib.

“Biz hər gün bundan yan keçmək üzərində işləyirik”, – alyansın rəhbəri deyib.

O, vurğulayıb ki, NATO ilə Rusiya Federasiyası arasında toqquşma, “heç şübhəsiz, gerçəkdən mümkündür”.

Stoltenberq qeyd edib ki, Ukraynaya dəstək verməkdən yorulanları, yemək və enerjidaşıyıcılarının qiymətinin yüksək olmasından narazı qalanları anlayır.

Lakin, onun fikrincə, əgər Rusiya prezidenti Vladimir Putin Ukraynada qalib gələrsə və Avropa ölkələrində azadlığı və sülhü təhlükə altına atarsa, o zaman Qərb “həddən artıq böyük bədəl” ödəməli olacaq.

Kreml dəfələrlə NATO üzrə müttəfiqləri Ukraynanı silahla təchiz etməklə, onun qoşunlarına təlim keçməklə və hərbi kəşfiyyat məlumatlarını ötürməklə faktiki olaraq münaqişənin tərəfi olmaqda suçlayıb.

Dekabrın 9-da Putin bəyan edib ki, Rusiya, onun sözlərinə görə, ABŞ-la analoji olaraq öz hərbi doktrinasına ilkin nüvə zərbəsi hüququnu daxil edə bilər.

O, qeyd edib ki, Qərb ölkələri şüurlu surətdə dünyadakı vəziyyəti kəskinləşdirir və xaos yayır. Onun fikrincə, beləliklə, Qərb elitaları öz dominantlığını saxlamaq istəyir.

Dekabrın 8-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib ki, ABŞ və NATO nəticə etibarilə Rusiyanı zəiflətməyi və məhv etməyi planlaşdırır.

Onun fikrincə, Vaşinqton və müttəfiqlərinin məqsədi Avrasiya arxitekturasının ümumən dağıdılmasıdır. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər