• 17 Sentyabr 2024 00:02

Molla rejiminin kəfəni hicab olacaq

 

Üç aydan artıqdır ki, 7-dən 77-yə kimi kişili, qadınlı hər kəs mövcud rejimə qarşı etirazını bildirmək üçün küçələrdədir. Düzdür, İran rejimi indiyə qədər də etirazların, çoxminlik mitinqlərin şahidi olub. Lakin etiraf edək ki, indikinə bənzəri olmayıb. Xalqın nifrəti o həddədir ki, indiyə qədər müqəddəs hesab etdikləri ali dini liderlərin, ayətullahların şəkilləri yandırılır, heykəlləri uçurulur.

Bəs görəsən molla rejimi bunun müqabilində nə edir? Və hakimiyyət hazırkı böhrandan minimal itkilərlə çıxa biləcəkmi? Proseslərin gedişi göstərir ki, çıxa bilməyəcək. Çıxsa da, radikal islaharlar hesabına çıxmalı olacaq. Bu islahatlar nədir – əxlaq polisi deyilən iyrənc bir sistemin ləğvi, məcburi hicabın aradan qadırılması və s. Mövcud rejimin dayağını təşkil edən bu məsələlər isə rejimin çöküşünü tezləşdirə bilər və mollalar da hələ ki buna getməyə tələsmirlər.

Hicab etirazı qığılcım idi

Aydındır ki, etirazların başlamasına səbəb olan “hicab” əsas səbəb deyil, bu sadəcə qığılcım rolunu oynayr. Ölkədə iqtisadi və digər problemlər pik həddə çatıb. Yüksək qiymətlər, inflyasiya, korrupsiya uzun müddət idi ki, narazılıq yaradır. Payız başlamazdan əvvəl İran hakimiyyəti Qərbin uzun illər tətbiq etdiyi sanksiyaların nəticələrinin öhdəsindən gələ bildi, lakin sərmayənin olmaması və bununla bağlı istehsalın modernləşdirilməsinin mümkünsüzlüyü işsizliyin artmasına və yüksək qiymətlərin azalmasına səbəb oldu. Nəticədə gənclər arasında işsizlik təxminən səksən faizə yüksəldi. İlk baxışdan göründüyü kimi siyasi deyil, sosial-iqtisadi problemlər ön plandadır.

Rejim çıxış yolunu edamlarda görür

Qeyd etdiyimiz kimi, İslam inqilabından keçən 40 il ərzində ilk dəfədir ki, irimiqyaslı aksiyalarla üzləşən rejim edam, terrorla cavab versə də, effekt vermir. Lakin məsələ ondadır ki, rejimin ehtiyatında hələ təhlükəli hesab edilən ssenarilər var. Bunlardan biri də etnik və məzhəb qarşıdurmasıdır. Bəzi bölgələrdə etirazçıları kollektiv şəkildə öldürərək həmin bölgələri qarışdırıb və “bölücülük” qorxusu yaratmağa çalışır. Bəlucistan və Kürdüstan, Cənubi Azərbaycanda da etitazların sayının artması hakimiyyəti milli ədavəti qızışdırmaq planını işə salmağa vadar edib. İran hakimiyyəti etirazçıları evlərinə qayıtmağa razı salmaq üçün heç bir arqument tapa bilmədiyi üçün bölücülük qorxusu yaratmaq istəyir. Hökümət qüvvələri xüsusilə bəluc və kürd icmasının yaşadığı bölgələrdə qətliamlar törədərək onları silahlı qarşıdurmaya sövq etmək niyyətindədir. Rejim çalışır ki, kürdləri və bəlucları slihalı qarşıdurmaya çəksin. Kürdistan və Bəluçistan vilayətlərində bir növ iç savaş başlatsın və bunu bəhanə edib, fəryad qoparsın ki, bölücülər gəldilər və ölkəni dağıdacaqlar. Hər kəs otursun evində ki, dövlət bu bölücülərlə savaşsın. İran hakimiyyəti Suriyada tətbiq etdiyi ssenariləri indi də İranda tətbiq etməyə çalışır.

Məqaləyə dair fotomateriallar:

Oxşar xəbərlər