Seks ekspertindən 5 alovlu məsləhət – Gözlənilməz hücum.
İntim həyatda utanıb hisslərini, istəklərini gizlədənlər həmişə uduzur. Belə olan halda seks ekspertlər intim həyatı daha maraqlı etmək üçün təcrübədən keçmiş və psixoloq, seksoloqların tövsiyə etdiyi metodları məsləhət görür.
Amerikalı seks ekspertlərin sönmüş intim həyatı canlandırmaq üçün 5 maraqlı üsulunu təqdim edir.
Qəfil yaxalama, gözlənilməz hücum – 5-10 ildir ailə həyatı və ya münasibəti olan insanlarda seks o qədər rutinləşir ki, artıq kişi də, qadın da hansı gün, günün hansı saatında əlaqənin ola biləcəyini təxmin edir və tərslikdən həmin gün istək də olmur.
Ona görə gözləmədiyiniz, adət etmədiyiniz və sizə yad olan yerlərdə qəfildən intim münasibətə cəhd edin. Bu hər ikinizi həvəsləndirəcək.
Uzaqda olanda qıcıqlandır – Hər iki tərəf gün ərzində, günlərlə bir-birindən uzaqda və ya ər bütün günü işdədirsə, telefonda müəyyən sözlər, mesajlar, komplimentlər, şəkillərlə qarşı tərəfi ehtiraslı anlara kökləyə, maraq oyada və artıq evə çatanda birgə olmağa həvəs yarada bilərsiz.
Erogen xəritəni birgə çəkin – Hər iki tərəf bu vaxta kimi kəşf etmədiyiniz erogen zonalara stiker yapışdıra və ya dodaq boyası ilə o hissədə işarə qoya bilər. Beləcə mesaj alınmışdır.
Hər ay bir yenilik – Seksual həyat darıxdırıcı olmasın deyə adət etdiyiniz vərdiş, poza, hətta başlanğıc nəvazişini dəyişin. Otaqda, evdə müxtəlif guşələri seçin, hətta birgə otel nömrəsi bron edin. Evdən uzaqda hisslər tamam fərqli olur.
İntim oyuncaqlar alın – Alimlər sübut edib ki, intim həyatına müxtəlif aksesuarlar, oyun elementləri, seks oyuncaqlar cəlb edənlərdə xəyanət, ayrılıq və boşanma arxa plana keçir. Münasibətlər daha yeni mərhələyə keçir. (Bakupost)
Tacxeber.com