• 20 Sentyabr 2024 18:55

Ərdoğan Zelenski ilə Zaporojye AES məsələsini müzakirə edib – YENİLƏNİB

Ərdoğan Zelenski ilə Zaporojye AES məsələsini müzakirə edib - YENİLƏNİB

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Ərdoğan taxıl dəhlizinin müxtəlif qida və digər məhsulları əhatə edəcək şəkildə genişləndirilə biləcəyini vurğulayıb.

O, həmçinin, Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələnin həll yoluna nail oluna biləcəyinə ümid etdiyini bildirib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Tacxeber.com-ın xəbərinə görə, bu barədə Vladimir Zelenski “Tvitter”-də paylaşım edib.

Ukrayna Prezidenti türkiyəli həmkarına ukraynalı uşaqlara dəstəyə və Türkiyənin Ukraynaya yüzlərlə generator göndərməsinə görə təşəkkürünü çatdırıb. Vladimir Zelenski Ankaranın Kiyevin “GrainFromUkraine” təşəbbüsünü dəstəklədiyini qeyd edib.

Telefon danışığı zamanı taxıl dəhlizinin genişləndirilməsi imkanlarına dair müzakirə də aparılıb.

Oxşar xəbərlər