Fernandu Santuş Ronaldunu niyə ehtiyatda saxladığını AÇIQLADI
“Ronaldunu ehtiyatda saxladığım üçün peşman deyiləm”.
Tacxəbər Report-a istinadən xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Qətərdə keçirilən dünya çempionatında Mərakeşə 0:1 hesabı ilə uduzduqları 1/4 final oyunundan sonra mətbuat konfransında deyib.
68 yaşlı mütəxəssis 37 yaşlı hücumçunun İsveçrəni 6:1 hesabı ilə darmadağın etdikləri 1/8 final matçında da ehtiyatda qaldığını xatırladıb: “Həmin qarşılaşmada komanda çox yaxşı çıxış etdi. Ronaldu əla futbolçudur. Bugünkü görüşdə həqiqətən lazım olduğunu anlayanda onu meydana buraxdıq. Dediyim kimi, qərarıma görə təəssüflənmirəm”.