• 16 Sentyabr 2024 23:06

Gəlinlik geyinən ilk qadın – Naimə Sultan

Xəyanətlə, sürgünlərlə bitən səadətsiz bir evlilik yaşamış olsa da, ilk dəfə türk dünyasında ağ gəlinlik geyinmiş qadın Osmanlı sultanı II Əbdülhəmidin üçüncü qızı Naimə Sultandır.
Gəlinin bəzənməsi tarixi zamanların adətidir. Amma orta çağlarda gəlinlik anlayışı olmasa da, gəlinlərin həmişə fərqli və parlaq geyinməsi şərt idi.
Naimə Sultan
Ağ gəlinlik geyinmə adəti XVI əsrlərdən başladı. Tarixdə ilk dəfə ağ gəlinlik geyindiyi aşkarlanan şəxs isə 1499-cu ildə XII Lui ilə evlənən İngilis gəlin Annadır. Ancaq indiki gəlinlik paltarına bənzəyən bir modeldə ilk bəyaz gəlinlik geyən Kraliça Viktoriya olub. 1854-cü ildə Şahzadə Albert ilə evlənərkən ağ atlaz gəlinlik geyinmişdi.
O dövrdə kral ailəsinin gəlinləri gümüşü gəlinlik geyinirdilər. Bu ənənəni dəyişdirən Kraliça Victoriya bakirəliyin simvolu olan ağ rəngə üstünlük verdiyi üçün dövrün ziyalıları tərəfindən alqışlandı. Bakirəlik evliliyin ilk şərti hesab olunduğu üçün ağ gəlinlik İngiltərədə sürətlə yayıldı. Bir şəkildə gəlinlər ağ gəlinlik geyinərək bakirə olduqlarını bəyan etdilər və bu adət günümüzə qədər dəyişməz olaraq qalmışdır.


Osmanlı İmperiyasında ilk ağ gəlinlik geyən Sultan II Əbdülhəmidin qızı Naimə Sultan olmuşdur. İngilis kraliçasından sonra Osmanlı şahzadəsinin ağ geləinlik geyinməsi göstərir ki, ağ gəlinlik geyinmək adəti saraylardan başlayaraq xalqa yayılıb.
Həmin dövrlərdə Osmanlıda qadınlar qırmızı gəlinlik geyərdilər. Şahzadə Naimə Sultan Avropadakı bir toyda gəlini ağ paltarında görərkən çox təsirlənmiş və bu geyimi öz toyunda tətbiq etmək istəmişdir. Həqiqətən də, 1898-ci ildə Qazı Osman Paşanın oğlu Kəmaləddin bəylə evlənəndə bu xəyalını reallaşdırdı və nağıl şahzadəsi kimi ağ gəlinliklə Ortaköydə yerləşən saraya daxil olmuşdur. Ortaköydəki bu saray da İstanbulda ağ gəlinliyə şahid olmuş ilk məkan olaraq tarixə keçdi.
Naimə Sultanın ilk evliliyi 17 mart 1898-ci ildə Mehmet Kəmaləddin Paşa ilə (1869-1920) baş tutdu, ancaq 1904-cu ildə ayrıldılar. Bu nigahdan bir oğlu oldu. İkinci evliliyi isə 11 iyul 1907-ci ildə Mahmud Cəmaləddin Paşa ilə (1874 — 1944) baş tutdu və bu nigahdan bir qızı oldu.  Naimə Sultan 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi və ailəsi ilə birlikdə əvvəlcə Fransada və İtaliyada, ardından Albaniyada məskunlaşdı. 1945-ci ildə Tiranada vəfat etdi.

Oxşar xəbərlər