Makronla Sunak matça görə “atışdı” Dünya 11 Dekabr 2022 13:43 146 Paylaş Fransa və İngiltərə arasında futbol qarşıdurması ölkə rəhbərlərinin də “qarşıdurması”na səbəb olub.Fransa Prezidenti Emmanuel Makron Tvitter hesabında Böyük Britaniya Baş naziri Rişi Sunaka müraciətində yazıb:“Bugünkü görüşü səbirsizliklə gözləyirəm. Fransa qalib gəlsə, yarımfinalda bizə uğurlar arzulayacaqsınız?”Sunakın cavabı özünü çox gözlətməyib:“Ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmayacağam. Amma biz razılaşdıq. Gözləyirəm ki, növbəti mərhələdə İngiltərəni dəstəkləyəcəksiniz”.Qeyd edək ki, hazırda davam edən matçda ilk hissə oynanılır və Fransa 1-0 öndədir. (Bakupost)Tacxeber.com