Almaniya Kansleri Olaf Şolts bundan sonra da Rusiya lideri Vladimir Putinlə dialoqu davam etdirməyi planlaşdırır.
Tacxeber.com xəbər verir ki, onun sözlərinə görə, Putin Ukraynaya qarşı müharibədə çətin ki, güzəştlərə getsin: “O, hərbi əməliyyatları davam etdirmək niyyətindədir”.
“Hər dəfə Putinlə danışanda o, aydın şəkildə ehyam vurur ki, söhbət istilalardan gedir… O, Ukrayna ərazisinin bir hissəsini güc yolu ilə geri almaq istəyir” , – deyə Şolts vurğulayıb.
Kansler əlavə edib ki, Rusiya ordusunun sıralarındakı itkilər fonunda RF Prezidentinin bu mövqeyi qəribə görünür: “Biz dəqiq nə qədər rusiyalı hərbi qulluqçunun həlak olduğunu bilmirik. Ola bilsin 100 min”.