• 23 Noyabr 2024 07:17

“Andrey Volkov gələrsə, tələblərimiz ona çatdırılacaq”

"Andrey Volkov gələrsə, tələblərimiz ona çatdırılacaq"

“Əgər Andrey Volkov bura gələrsə, ona Azərbaycanın müvəqqəti sülhməramlılar yerləşdirilmiş ərazilərində həm ekoloqlar, həm də QHT-lər tərəfindən monitorinqin keçirilməsi tələbi çatdırılacaq”.

Tacxeber.com xəbər verir ki, bunu mediaya açıqlamasında Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunun bir hissəsində Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasına qoşulan Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

Onun sözlərinə görə, hazırda Laçın dəhlizində avomobillərin gediş-gəlişi dayandırılıb və aktivistlər öz tələblərini irəli sürürlər:

“Azərbaycan Qeyri-Hökumət təşkilatlarının (QHT) bugünkü aksiyasının əsas səbəbi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ətraf mühitlə bağlı vəziyyətin, həmçinin “Qızılbulaq”, “Dəmirli” qızıl və mis-molibden yataqlarında həyata keçirilən faydalı qazıntıların qeyri-qanuni istismarı ilə ətraf mühitə vurulan mümkün ziyanla bağlı monitorinqin keçirilməsi tələbidir. Aksiya iştirakçıları ilk növbədə Rusiya sülhməramlı kontingentin komandanı Andrey Volkovun bura gəlməsini tələb edirlər və öz etirazlarını şəxsən ona bildirmək istəyirlər. Buna görə də biz Laçın yoluna toplaşaraq öz etirazımızı bildiririk. Elə bu gün keçirilən aksiyanın əsas məqsədi də bundan ibarətdir”.

Tacxeber.com

Oxşar xəbərlər