• 20 Sentyabr 2024 09:45

Hikmət Hacıyev: “Qızılbulaq” yatağından qanunsuz istifadə dayandırılmalıdır

 

Sizi Şuşa-Laçın yolundakı son vəziyyət, real vəziyyət barədə məlumatlandırmaq istəyirik. Çünki lazımsız propaqanda və yanlış məlumatların yayıldığını görürük.

Tacxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XİN-in inzibati binasında diplomatik korpusla görüş zamanı bildirib.

Hikmət Hacıyev deyib ki, işğal dövründə Azərbaycanın ətraf mühitinə ziyan dəyib, təbii resursları qanunsuz şəkildə istismar olunub və bu, indi də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə müşahidə olunur.

“Biz “Qızılbulaq” yatağında qeyri-qanuni istismarın intensivləşdiyini müşahidə etdik. Bu məsələ Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırıldı və Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığına müraciət etdi. İlk görüş Rusiya sülhməramlılarının rəhbərliyi ilə Xocalıda baş tutdu və dekabrın 10-da müvafiq qurumların “Qızılbulaq”da monitorinqinin aparılması razılaşdırıldı. Bu qeyri-qanuni fəaliyyət dayandırılmalı, ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır”, – Hikmət Hacıyev vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər