• 23 Noyabr 2024 08:44

Qızını 50 yaşlı kişiyə verən ana: “Əcəb edirəm, acından ölənə verməkdənsə…”

Qızını 50 yaşlı kişiyə verən ana: “Əcəb edirəm, acından ölənə verməkdənsə…”

 

Xəbər verdiyimiz kimi, Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb. Qeyd edilib ki, araşdırmalarla qızın 17 yaşının tamam olduğu məlum olub. “Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Tacxeber.com xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə hesabında paylaşım edərək bildirib ki, nişanlanan qızın anası Teymur Kərimov adlı şəxsə zəng edərək etdikləri işlərinə haqq qazandırıb:

“Əcəb edirəm, qızımı 50 yaşında kişiyə verirəm. Cavan acından ölənə verənə kimi Rusiyada pul qazanan 50 yaşında kişiyə vermək daha yaxşıdır”, – deyə qızın anası qeyd edib.

Xatırladaq ki, video sosial şəbəkələrdə yayılandan etirazlara səbəb olub. Belə ki, insanlar azyaşlının 50 yaşında şəxsə ərə verilməsini şiddətlə qınayıblar.

Tacxeber.com

Oxşar xəbərlər