44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrundan canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx maraqla qarşılanıb və izləyənləri təsirləndirib.
Kult.az xəbər verir ki, ekran işi Şuşa şəhərində, mərhum şair İsa Körpülünün “Gəl, sağollaşaq” şeiri əsasında ərsəyə gəlib.
Sözügedən şeiri tanınmış qiraətçi Xəzər Süleymanlı ifa edib, aktrisa Günay Həsən isə şəhid xanımlarının ümumiləşdirilmiş obrazını canlandırıb.
Elçin Ağazadənin rejissorluğu ilə hazırlanmış klipin ssenari müəllifi Aqşin Evrən, operatoru Soltan Abdullayevdir.