• 22 Noyabr 2024 23:34

Bakıdan mühüm addım: Xankəndinə bu yükləri göndərə bilərik

 

 

– Xankəndinə qaz verilişi dayandırılıb;

– Bir neçə günə tibbi ləvazimatlar qurtaracaq;

– Uşaqlar küçədə qalıb, evlərinə qayıda bilmir;

– Enerji təchizatı, benzin və dizel yanacağı, zəruri ərzaq təminatı kəsilib;

– İrəvana aparılması planlaşdırılan ağır xəstələr var;

Və bu kimi iddialar Ermənistanın “Azərbaycan Qarabağda “humanitar fəlakət” törədir” kampaniyasına hesablanmış dezinformasiyalardır. Bu kampaniyanı daha da genişləndirəcəklər, erməni diasporu/lobbisi də bu istiqamətdə aktivləşəcək. Ötən ilin qışında qaz kəsiləndə də eyni taktikaya əl atmışdılar.

Artıq təcrübəsi olan rəsmi Bakı bu kampaniyaya qarşı iki gediş etdi:

Birincisi, ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri məlumatlandırdı;

İkincisi, erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan etdi;

Bu işin daha geniş şəkildə davam etdirilməsi zərurəti var:

– ermənilərin dezinformasiyasına qarşı faktları xarici mediaya çıxarmaq olar;

– erməni əhalisinə yardımların edilməsi praktiki formada nümayiş etdirilə bilər: misal üçün, Xankəndinə göndərilməsi üçün ərzaq və tibbi ləvazimatlardan ibarət yüklər hazırlamaq, bunu nümayiş etdirmək lazımdır; bununla, həm dünya, həm də ermənilərə Bakının yardım bəyanatının reallığına dair müsbət siqnallar göndərmək olar; (publika.az)

Tacxeber.com

Oxşar xəbərlər