• 22 Noyabr 2024 19:07

Həbsdə olan sabiq icra başçısı məhkəməyə müraciət etdi

 

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Tacxeber.com Report-a istinadla xəbər verir ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib və hakim İlqar Qılıcovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil

Qeyd edək ki, İ.Vəliyev və digər şəxsləri Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunub.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 10 ildən 9 il 6 ayadək endirilib.

Tacxeber.com

Oxşar xəbərlər