Bu barədə məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən 1994-cü il təvəllüdlü Samil Kərimov, 1900-ci təvəllüdlü Adil Paşayev saxlanılıb.
Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur.
Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir.