Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidovun işdən çıxarılma səbəbi məlub olub.
“Unikal”ın əldə etdiyi məlumata görə, R.Məcidov vəzifə səlahiyyətləri normal yerinə yetirə bilmədiyinə və bir sıra uyğunsuz hərəkətlərinə görə işdən çıxarılıb. Bildirilir ki, o, səhər saatlarında iş otağına daxil olandan sonra heç kimi qəbul etmirmiş və bir neçə saat kabinetin qapısını qeyri-müəyyən səbəblərdən bağlı saxlayırmış.
Bundan əlavə, onun şəxsi həyatında da prokurorluq orqanının general rütbəli məmuruna uyğun olmayan məqamların olduğu bildirilir. R.Məcidov 4 övladı olan həyat yoldaşından ayrılıb. Buna səbəb də onun ailə münasibətlərinə zidd hərəkətləri olub. Onun Solmaz Xəlilova adlı bir xanımdan nikahdankənar qız övladının olduğu da bildirilir. Son günlər isə R.Məcidovun erməni əsilli Lalə adlı bir xanımla münasibətdə olduğu da bildirilir.
Güman edilir ki, məhz bu səbəblərə görə Baş Prokuror Kamran Əliyev haqlı olaraq R.Məcidovun vəzifədən kənarlaşdırılması barədə qərar verib.
Ramil Məcidov Göyçay rayonunun sabiq icra başçısı Mehdi Səlimzadənin oğlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun isə keçmiş kürəkənidir.
…
Baş Prokurorluqda kadr islahatı olub.
Tacxəbər oxu.az-a istinadən məlumatına görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidov işdən çıxarılıb.
Qeyd edək ki, o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kürəkənidir.