Zatulin yenə Azərbaycana qarşı çıxış etdi
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavin Konstantin Zatulin Laçın yolunda baş verən son hadisələrlə əlaqədar Azərbaycanı ittiham edib.
Tacxeber.com xəbər verir ki, Konstantin Zatulin ənənəsinə sadiq qalaraq, Ermənistanın mövqeyindən çıxış edib.
Azərbaycanlı ekofəallar və QHT nümayəndələrinin Laçın yolundakı etiraz aksiyasını pisləyən Zatulin “ümid edirəm ki, Rusiya sülhməramlıları vəziyyəti düzəldəcək, Laçın yolunu açacaqlar” deyib.