• 23 Noyabr 2024 00:38

“30-40 yaşlı qadın hər gün seks istəyir” – Azərbaycanlı həkim intim sirləri açdı

 

Son vaxtlar aralarında böyük yaş fərqi olan nikahların sayı artmaqdadır. Belə evliliklərdə, əsasən, kişilərin yaşının qadınlardan xeyli çox olduğu müşahidə edilir. Belə nikahlar cəmiyyətdə heç də birmənalı qarşılanmır və müxtəlif fikirlərin yaranmasına səbəb olur. Bəs görəsən, evlilikdə yaş fərqinin böyük olmasının doğurduğu bioloji problemlər nələrdir ?

Mövzu ilə bağlı Yenisabah-a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla yaş fərqinin hüquqi və tibbi baxımdan hər hansı risk yaratmadığını bildirib: “Yaş fərqi hüquqi baxımdan hər hansı məsuliyyət yaratmır. Hər iki şəxs yetkinlik yaşına çatıbsa, onların nikaha girmək hüquqları var, seçim öz işləridir. O ki, qaldı fizioloji məqamlara, əgər reproduktiv funksiya davam edirsə, cütlüklər arasında problem olmamalıdır. Çünki qadınlarda yaş ötdükcə yumurta hüceyrənin köhnəlməsi deyə bir anlayış var. Bu hamiləliyə mane ola bilər. Amma kişilərdə reproduktiv funksiya davam edirsə, bu zaman problem yaşamır. O baxımdan hesab edirəm ki, əgər həddi-büluğ yaşına çatan insanlar arasında nikaha razılıq varsa, tibbi təhlükə yoxdur. Düzdür, mənəvi cəhətdən ola bilər ki, cəmiyyətdə müxtəlif cür qəbul edilsin, amma bu hüquqi baxımdan heç bir məsuliyyət yaratmır”.

Klinik psixoloq-seksoloq Təhmasib Cavadzadənin sözlərinə görə, cütlüklər arasında böyük yaş fərqi onların intim həyatında ciddi problemlər yaradır:

“Evliliyə qərar verən cütlüklər arasında normal yaş həddi 3 yaş böyük yaxud kiçik ola bilər. Bu yaşın limiti 6 yaşa qədərdir. Ən qırmızı xətt isə qadının yaxud kişinin arasında 10 yaş fərq olmasıdır. 30 yaşlı oğlanla 40 yaşlı qadın evlənməsi normaldır, çünki hər ikisi cavandır və hər ikisinin intim cəhətdən inkişaf edən vaxtıdır. Amma burada bir məsələ var, həmin cütlük zamanla problem yaşaya bilər, çünki qadının 50 yaşı olduqda kişinin 40 yaşı olacaq və onlar seksual cəhətdən bir-birlərini yaxşı təmin edə bilməyəcəklər. Qadın kişidən 10 yaş böyükdürsə ailə psixoloqu bu evliliyə o halda icazə verə bilər ki, qadın özünə çox baxımlıdır. Bu onu bildirir ki, qadının yaşı artsa da onlar problem yaşamayacaqlar. Qadın baxımsız olsa və özünə qulluq etməsə, kişiyə normal intim münasibəti yaşatmasa, kişi ondan uzaqlaşacaq və həmin cütlük arasında xəyanət baş verəcək.

Adətən, bizim cəmiyyətdə qadının yox, kişinin qadından 10 yaş böyük olması normal sayılır. 30 yaşlı oğlan gedib 20 yaşlı qızla evlənir. Belə olan zaman bəzən problemlər ortaya çıxır, zamanla kişi həmin qadının öhdəsindən gələ bilmir. 50 yaşlı qadınla 30 yaşlı oğlan evlənərsə, qadın qəbuledici olduğuna görə, oğlan onun öhdəsindən çox rahat gəlir və qadın üçün də bu münasibət normaldır, bu onların həyatında problem yaratmır.

Amma bunun əksini təsəvvür etsək, vəziyyət dəyişir. 30 yaşlı qadınla 50 yaşlı kişi yataqda bir-birini təmin edə bilmir, çünki 30 yaşlı qadının tələbatı daha çoxdur, kişininsə artıq 50 yaşı var və o yaşda kişinin tələbatı 25 yaşlı oğlanla eyni deyil. 30 yaşlı qadın hər gün, yaxud 2 gündən bir seks istəyəcək, kişi isə onun tələbatını ödəyə bilmədiyi üçün özünü məcbur edəcək. İllər keçdikcə isə vəziyyət daha da qəliz olacaq, 40 yaş qadın üçün seksual cəhətdən aktiv bir dövr sayılır, amma 60 yaşlı kişi üçün aktiv dövr deyil. Bu zaman da qadının öhdəsindən gələ bilməyəcək və təzyiq altında qalacaq, bu da ona sağlamlıq baxımından müxtəlif problemlər yaradacaq”.

Tacxeber.com

Oxşar xəbərlər